QƏRİBƏ ÖLÜM: İki futbolçu məşqdən sonra eyni vaxtda dünyasını dəyişdi – FOTObackend

QƏRİBƏ ÖLÜM: İki futbolçu məşqdən sonra eyni vaxtda dünyasını dəyişdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki futbolçu eyni vaxtda qəribə şəraitdə ölüb: məşqdən sonra yatıblar və oyanmayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Sverdlovsk vilayətinin “POZ-Proqres” komandası Verxnyaya Pışmada planlaşdırılmış məşq keçirib. Bütün oyunçular özlərini yaxşı hiss edib, heç kim səhhətində problemlərdən şikayət olmayıb. Lakin ertəsi gün məlum olub ki, 32 yaşlı Yan Juravlev və 33 yaşlı Daniil Xilobok yuxuda ölüblər.

Yanın anası oğlunun ürəyində problem olduğunu bildirsə də, Daniilin qohumları belə problemdən şikayət etməyiblər.

Hər iki ailə iddia edir ki, onlar axşam evə qayıdıb, yatıblar, səhər isə artıq həyatda olmayıblar.

KİV-in məlumatına görə, həvəskar futbolçular naməlum maddədən zəhərlənərək ölüblər.

Tərkibində narkotik və ya zəhərli komponentin olub-olmadığını müəyyən etmək üçün ondan nümunələri artıq göndərilib.

Xuraman Etibarlı

İnterpress.az