Rusiyada it sahibləri cinayət cəzası ilə üzləşə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiyada it sahibləri cinayət məsuliyyətinə cəlb oluna bilər. Bununla bağlı qanun layihəsi tərtib olunub.
Qanun layihəsi qəbul olunarsa, it hücumundan sonra bir insanın ölümünə görə cəza üç ilə qədər həbs ola bilər.
Qanun layihəsi Rusiyada ev heyvanlarının insanlara hücumlarının sayının artması ilə əlaqədar hazırlanıb.
Federasiya Şurası həmçinin itləri təkbaşına gəzdirən it sahiblərinə cinayət məsuliyyətinin tətbiq edilməsini təklif edib.
Xuraman Etibarlı
İnterpress.az