Yunanıstan od içində: Əhali otellərə yerləşdirilirbackend

Yunanıstan od içində: Əhali otellərə yerləşdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan hökuməti güclü yanğınların təhlükə törətdiyi Attika əyalətinin əhalisini otellərə yerləşdirir.

Bunu Yunanıstan hökumətinin rəsmisi Nikos Hardalias deyib.

“Attikanın alovların bürüdüyü rayonlarının evlərinə qayıda bilməyən əhalisi bu gün bizimlə əlaqə saxlayaraq, yollar açılana qədər dövlətin hesabına otellərdə gecələyə bilərlər. Biz Otellər Palatası ilə əməkdaşlıq nəticəsində insanları onlarla otel otağı ilə təmin etmişik”, – Hardalias bildirib.