Yunanıstana qaçmağa çalışan 16 terrorçu yaxalanıbbackend

Yunanıstana qaçmağa çalışan 16 terrorçu yaxalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Ədirnədə son bir həftədə Yunanıstana qaçmağa cəhd edən 16 terror təşkilatı FETÖ və PKK üzvü saxlanılıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

16 şübhəli Yunanıstan sərhədində 1-ci dərəcəli hərbi qadağa zonasında yaxalanıb.

Yunanıstana qeyri-qanuni yollarla keçməyə cəhd edən şübhəlilərdən 8-nin FETÖ, 8-nin isə PKK üzvü olduğu müəyyən edilib.

Şübhəlilərin istintaqı davam edir.