Zabit Səmədov bu gün “Kuruluş Osman”da yer alacaq – VİDEO/FOTObackend

Zabit Səmədov bu gün “Kuruluş Osman”da yer alacaq – VİDEO/FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov Türkiyənin məşhur “Kuruluş Osman” serialında rol alıb.

O, Gəncə bəy rolunu canlandıracaq. Bu, müsbət obrazdır.

Zabit Səmədov bu gün efirə gedəcək 35-ci seriyada ilk dəfə görünəcək. Bununla da həmin serialda ilk dəfə bir azərbaycanlı yer alacaq.

Qeyd edək ki, baş rolda Burak Özçevitin yer aldığı “Kuruluş Osman” serialının 35-ci seriyası bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Saat 21:00-da isə ötən seriya ixtisarla təqdim olunacaq.

 

İnterpress.az