Zaqatalada iki tondan artıq çətənə kolu məhv edilibbackend

Zaqatalada iki tondan artıq çətənə kolu məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Aşağı Çardaxlar kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi iki ton 100 kiloqram olan 2 500 ədəd narkotik tərkibli çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.