Zelenski bildirib ki, o, bütün Ukrayna ərazisi üçün deyil, NATO zəmanətləri üçün sövdələşməyə hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski CBN News-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Kiyev NATO-ya dəvət almaq istəyir və bu dəvət “beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində” Ukraynanı da əhatə edəcək.
Zelenskinin fikrincə, alyansın hərəkətləri “Ukraynanın nəzarət etdiyi bütün əraziyə yayılacağı anlayışı ilə əhatə etməlidir”.
O, bu paylanmanın necə olacağını dəqiqləşdirməyib.
Xuraman Etibarlı
İnterpress.az