Zelenski Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli şəxslərə yeni sanksiyalar TƏTBİQ ETDİbackend

Zelenski Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli şəxslərə yeni sanksiyalar TƏTBİQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiya hərbi-sənaye kompleksinin tədarükçülərinə və təbliğatçılarına qarşı yeni sanksiyalar tətbiq edib.

İnterpress.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi-sənaye kompleksi və Kremlin təbliğatı ilə əlaqəli şirkət və şəxslərə qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan fərmanlar imzalayıb.

Məlumata görə, sanksiyalar Rusiyanın hərbi-sənaye müəssisələrini avadanlıqla təmin edən, raketlər və digər hərbi texnika üçün komponentlər istehsal edən 30 hüquqi və 42 fiziki şəxsə şamil olunub.

Sanksiya siyahısına minaatan sistemləri və “Malva” özüyeriyən artilleriya qurğusunun istehsalında iştirak etdiyi bildirilən “Burevestnik” mərkəzi, eləcə də silah sınaqlarında iştirak edən “KAM-Engineering” şirkəti də daxil edilib.

Bundan əlavə, Kiyev Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləmək və Kremlin təbliğatını yaymaqda ittiham etdiyi daha 15 fiziki və 8 hüquqi şəxsə qarşı da məhdudiyyətlər tətbiq edib.

Sanksiyaya məruz qalanlar arasında hərbi bloqer Vladimir Romanov, təbliğatçı İlya Tumanov və Moskva Şəhər Dumasının deputatı Mariya Kiselyova da yer alıb.

Xuraman Etibarlı

İnterpress.az