Türkiyə mediası Azərbaycanı yenidən kəşf etdibackend

Türkiyə mediası Azərbaycanı yenidən kəşf etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, \”Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evinin və Mətbuat Şuarasının təşkilatçılığı ilə keçirilən Beynəlxalq Media Forumu və keçirilən bu möhtəşəm forumun yaratmış olduğu rezonans təqdirəlayiqdir, təşkilatçılara buna görə təşəkkür edirəm.

Qardaş Türkiyədən gələn 40-dan çox media təmsilçiləri sözün həiqi mənasında Azərbaycanı yenidən kəşf etdilər. Forum sonrası imkanım oldu ki, qardaş ölkədən olan həmkarlarımızın bir qisimi ilə birlikdə Bakını gəzək.

Əli Həsənov qonaqları necə heyrətlənidirib

Türkiyədən gələn media təmsilçiləri ilə ilk görüşən Azərbaycan Respublikası prezidentinin içtimai-siyasi məsələlər üzrə köməkçisi,professor Əli Həsənov cənabları oldu.Hörmətli Əli müəllim qonaqlarla görüşdə media təmsilçilərinin hər birinə ayrı-ayrılıqda diqqət göstərib ki,bunu onların çalışdıqları media orqanalrında yazmış olduqları məqalələrindən də görmək olur. Hörmətli Əli Həsənovun görüşdə iştirak edən Türkiyəli həmkarlarımızın çalışdıqları media orqanları ilə bağlı fikirləri,o media orqanalrının yarandığı il, fəaliyyət istiqamətləri,siyasi mövqei, cəmiyyət arasında nüfuzu haqqında ətraflı fikirləri onlarda daha da heyranlıq yaradıb. Hətta söhbətimizdə \”Vallah Azərbaycan prezidentinin köməkçisinin bizim qəzetlərin tarixi, siyasi mövqei haqqında bu qədər bilgili olmasına çox təccübləndik. Biz bu qədərin gözləmkirdik”-deyə fikirlərini ifadə etdilər.

\”Azəri” sözünə etirazım bəhrəsin verdi

Forumun gedişi zamanı sual-cavab bölümündə \”Nədən Türkiyə mətbuatında Azərbaycan Türkləri yerinə Azərilər deyə xitab edilir? Niyə Azərbaycan mediasının Türkiyəyə göstərdiyi münasibətin eynisini Türkiyə mediası Azərbaycana göstərmir? İştirakçılara ünvanladığım suallara,açığı \”yola ver” düşüncəsi ilə qanaətbəxş olmayan bir cavab verilsə də, qonaqlarımızı daha da sıxmamaq üçün çox da dərinə getmədim.Amma istər foedə,istər şəhər gəzintisində,istərsə də yemək zamanı Türkiyədən gələn həmkarlarımıza \”Azəri” sözünə etirazımın səbəbini və mahiyyətini açıq şəkildə ifadə etdim.Həmkarlarımıza anlatdım ki, qardaşlar 1925,26,27,28,29,30,31-ci illərdə Azərbaycan vətəndaşalrının şəxsiyyət vəsiqələrində (Pasaportlarında) milliyyəti bölməsində \”Türk” deyə yazılardı. Stalin represiyaları və rus imperiyasının \”Türk” kəlməsinə olan nifrəti,bölgədə Türkiyə ilə sərhətdə ikinci türk dövlətinin olması yolverilməzdi.Bu üzdən də Sovetlər birliyi gürcü və ermənilərdən fərqli olaraq bu bölgədə Azərbaycan türklərinin pasportlarında \”türk”sözünün yazılmasın qadağan etdi və hər bir Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsində milliyyəti bölməsində \”Azərbaycanlı” deyə yazıldı. Bu sistemin Azərbaycan türkünün bir millət kimi soyqırıma məruz qoyması idi. Mixail Qarbaçovun başlatmış olduğu \”Perestroyka,yenidən qurma” prosesi və bunun ardınca SSRİ-nin dağılması, ittifaq ölkələrinin imperiya zəncirlərindən azad olaraq, öz müstəqilliklərini elan etməsi ilə, rus basqısı, rus şovunizmi bu prosesi də geridə qoydu. Bu gün Azərbaycan müstəqil dövlətdir və Azərbaycanda əhalinin əsas hissəsini məhz Azərbaycan türkləri təşkil edir. Azərbaycanda kürd, talış, avar, tat, ləzgi xalqları yaşayır və bu xalqlar Azərbaycanın bir dövlət kimi güclənməsində canların-qanların fəda edirlər.Bu üzdən də Azərbaycan vətəndaşlarının hər birinin şəxsiyyət vəsiqəsində \”Azərbaycanlı” deyə yazılır. Amma bizim ölkədə talış, kürd, avar, ləzgi hər bir xalqın nümayəndəsi özünün milliyyəti ilə qürur duyur. Eyni ilə də biz Azərbaycan türkləri.

Mən bu haqda danışdıqca,Türkiyəli həmkarlarım sanki ilk dəfədir ki, bir ölkəni kəşf edircəsinə dinləyirdilər. Amma biz Azərbaycan mediasının təmsilçiləri 80 milyonluq Türkiyə Respublikasında hansı xalqlar var, hansı xalq neçə milyondu, Türkiyənin hansı bölgəsində yaşayırlar bunu dərindən bilirik.

Sizdə tarixə hörmət var

Bir maraqlı hadisə ilə isə gələn qonaqların şəhər gəzintisi zamanı, Şirvanşahlar saray kompleksini ziyarət edən zamanı baş verdi. Qardaş ölkədən olan həmkarlarım Azərbaycanda tarixə hörmətin olduğunu və belə məkanların yüksək şəkildə qorunmasından heyranlıq hissi keçirdiklərini bildirdilər. Həmkarlarımız bildirdilər ki, 400 yüz il dünyaya hökümdarlıq etmiş Osmanlı İmperiyasının zamanından buyana mövcud olan tarixi abidələr belə Azərbaycandakı kimi qorunmurlar.


\”Yemək yeməkdən kökəldik\”

Azərbaycanın ən böyük zənginliyi gələn qonaqlara açdığı süfrədir.Həmkarlarımızın təşkilatçılar tərəfindən gün ərzində müxtəlif istirahət məkanlarında bir-birindən ləziz yeməklərə qonaq etmələri,qonaqlarda heyranlıq yaratdığını açıq şəkildə görmək olardı. \”Yenə də mi yemək”-deyə artıq yemək yemək istəmədiklərini bildirirdilər. Hətta Mehmet Aget, Abdullah bəy, Hacı Yakışıklı və digər həmkarlarımız \”iki gündə bu qədər kilo alacağımızı gözləmirdik”-deyirdilər.

Keçirilən forum və əldə olunan uğurumuz

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, \”Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evinin və Mətbuat Şuarasının təşkilatçılığı ilə keçirilən Beynəlxalq Media Forum istər Türkiyədə,istərsə də Azərbaycanda yüzdən artıq media orqanları tərəfindən geniş şəkildə işıqlandırıldı. Bu keçirilən forumun nə qədər əhəmiyyətə malik olduğunun göstəricisi idi.İkinci bi bir tərəfdən isə qardaş ölkənin içtimai-siyasi proseslərə təsir etmə gücündə olan media orqanları forumu manşet olaraq yayımlamaqla,bu foruma vermiş olduqları önəmi ehtiva edirdi.Forumdan sonra Türkiyəyə qayıdan və çalışdıqları media orqanlarında Bakı səfəri və keçirilən forum,Prezident Administrasiyasında qarşılanma və göstərilən ehtiram haqqında yazmış olduqları məqalələr,göstərdi ki,doğurdan da iki dövlət,bir millət olan Azərbaycan və Türkiyə mediaların birliyə və qarşılıqlı işləməyə böyük ehtiyacı var.

Türkiyə mediası Azərbaycanı yenidən kəşf etdi

Digər bir yandan isə bu forum bizə onu göstərdi ki,biz hələ də Türkiyə içtimai həyatına elə də geniş sirayyət etməmişik və bizim Türkiyənin içtimai-sosial həyatın əhatə etməyimiz üçün cidid çalışmalıyıq.Doğrudu iki ölkənin siyasi rəhbərliyi arasında yüksək şəkildə münasibətlər mövcududr.Azərbaycan Türkiyəyə 13 milyarddan artıq investisiya yatırıb.Türkiyə isə Azərbaycana təqribi 11-12 milyarda yaxın bir yatırıma malikdi.İki ölkənin birgə səyləri ilə regionda ən mühüm beynəlxalq əhəmiyyətli lahiyələr həyata keçirilir.Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi Azərbaycan və Türkiy millət,iki dövlətdir. 21-ci əsir Azərbaycan və Türkiyənin türk dünyası üçün deyil,bütövlükdə dünyanın təhlükəsizliyinə bir təminatçılıq görəvi yükləyib.Bu proseslərin getdiyi bir dövürdə Azərbaycan və Türkiyə mediası özünə qapana bilməz və üzərinə düşən məsuliyyəti dərk etməli və birgə çalışmalıdır.

Nahid Canbaxışlı
Veteninfo.az

İnterpress.az