Almaniya müdafiə naziri: Putin NATO-nun zəif yerlərini axtarırbackend

Almaniya müdafiə naziri: Putin NATO-nun zəif yerlərini axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin NATO-nun zəif tərəflərini üzə çıxarmağa çalışır.

İnterpress.az xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius Bundestaqdakı büdcə müzakirələrində deyib.

O bildirib ki, Rusiya pilotsuz uçuş aparatları və hərbi təyyarələrlə NATO ölkələrinin hava məkanına təkrar-təkrar daxil olmaqla məqsədyönlü strategiya həyata keçirir.

“Putin NATO üzv dövlətlərini təhrik etmək, sonra isə alyansın güman edilən zəif tərəflərini üzə çıxarıb onlardan istifadə etmək istəyir”, – nazir qeyd edib.

Pistoriusun sözlərinə görə, Moskva getdikcə daha aqressiv şəkildə “icazə verilənin sərhədlərini” yoxlayır.

O, NATO-nun bu təxribatlara təmkinlə, lakin aydın və birgə cavab verdiyini vurğulayıb.

Artan təhlükə fonunda nazir Avropanı öz müdafiəsinə daha çox məsuliyyət götürməyə çağırıb və NATO-nun “daha çox avropalaşmasının” vacibliyini qeyd edib.

Onun sözlərinə görə, Bundsesverin şəxsi heyətinin sayı təxminən 460 min hərbçiyə çatdırılmalıdır.

Xuraman Etibarlı

İnterpress.az