Interpress.az xəbər verir ki, bu barədə şəhər səhiyyə departamenti məlumat yayıb. Bildirilib ki, zəhərlənən 1600 nəfər xəstəxanalara ishal simptomları ilə çatdırılıb.
Qeyd edək ki, iyulun 8-də Bəsrədə elektrik və su təminatının yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları başlayıb. Nümayişçilərdən birinin ölümündən sonra liman şəhərində vəziyyət daha da gərginləşib. Sonradan aksiyalar Maysan, Kərbəla, Nəcəf, Di-Kar Babil və digər cənub şəhərlərinə yayılıb. İraq şiələrinin nüfuzlu alimi Əli əs-Sistani nümayişçiləri və onların tələblərini dəstəkləyib.
Hökumət etirazçıların tələblərinin yerinə yetirilməsi üçün xüsusi komissiya yaradıb, içməli su borularının və elektrik xətlərinin bərpası üçün 2 milyard dinar (17 milyon dollar) ayıracağını vəd edib.
Interpress.az