Qadın zinət əşyalarının oğurlandığı barədə polisə MÜRACİƏT ETDİ – Nəticə GÖZLƏNİLMƏZ OLDUbackend

Qadın zinət əşyalarının oğurlandığı barədə polisə MÜRACİƏT ETDİ – Nəticə GÖZLƏNİLMƏZ OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın zinət əşyalarının oğurlandığını deyərək polisə müraciət edib, əşyalar makiyaj çantasından çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

35 yaşlı Yuliya Ç. Cartier və Van Cleef & Arpels brendlərinə məxsus, ümumi dəyəri 1,5 milyon rubldan (təxminən 30 min manat) çox olan zinət əşyalarının oğurlandığını bildirərək polisə müraciət edib.

Qadın əşyaların yoxa çıxdığını sentyabrın 21-də evində aşkar edib. Onları sonuncu dəfə bir gün əvvəl Moskvadakı hotelda, hava limanına getmək üçün çamadanını yığarkən gördüyünü deyib.

Yuliya zinət əşyalarının Şeremetyevo hava limanında oğurlandığını düşünüb.

Polis qadının evində araşdırma apararkən bütün zinət əşyalarını onun öz makiyaj çantasında tapıb.

Xuraman Etibarlı

İnterpress.az