Fransada merin etiraz aksiyasındakı davranışı TƏNQİD EDİLDİ – VİDEObackend

Fransada merin etiraz aksiyasındakı davranışı TƏNQİD EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada Sen-Deni meri lisey şagirdlərinin etirazı zamanı yanan zibil qutusunun yanında rəqs edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Sen-Deni şəhərinin meri Balli Bagayoko lisey şagirdlərinin etiraz aksiyasına dəstək vermək üçün şəhərdəki liseylərdən birinin qarşısına gedib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə merin yanan zibil qutusunun yaxınlığında rəqs etdiyi görünür.

Meri tənqid edənlər onun davranışını məsuliyyətsiz hesab ediblər.

Bagayokonun nümayəndələri isə yayılan videonun kəsildiyini və görüntülərin hadisənin tam mənzərəsini əks etdirmədiyini bildiriblər.

Mer daha sonra zibil qutusundakı yanğını söndürməyə çalışdığını deyib.

Fransada lisey şagirdlərinin etirazları sentyabrın 21-dən davam edir. Etirazlar zamanı ölkənin müxtəlif şəhərlərində məktəblərin girişləri bağlanıb, bəzi yerlərdə zibil qutuları yandırılıb.

Xuraman Etibarlı

İnterpress.az