Polşada canlı reportaj zamanı 14 yaşlı qızı avtomobil VURDU – VİDEObackend

Polşada canlı reportaj zamanı 14 yaşlı qızı avtomobil VURDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada ölümcül qəza barədə canlı reportaj zamanı 14 yaşlı qızı avtomobil vurub.

İnterpress.az xəbər verir ki, bu barədə “TVP Info” məlumat yayıb.

Hadisə sentyabrın sonunda Polşanın Kosçejina şəhərində baş verib. Jurnalist Miloş Selivonçik 3 yaşlı uşağın avtomobilin vurması nəticəsində öldüyü qəza barədə canlı reportaj hazırlayarkən, onun arxasında başqa bir qəza baş verib.

14 yaşlı qız elektrik skuteri ilə hərəkətdə olarkən dönən minik avtomobili ona yüksək sürətlə çırpılıb. Güclü zərbədən qız avtomobilin ön şüşəsini sındıraraq asfaltın üzərinə düşüb.

Yeniyetmə yüngül xəsarətlər alıb və həyati təhlükəsinin olmadığı bildirilib. O, müayinə üçün xəstəxanaya aparılıb.

Hadisədən sonra ərazidən uzaqlaşan sürücü qısa müddət sonra geri qayıdıb. Onun sərxoş olmadığı, lakin qüvvədə olan sürücülük vəsiqəsinin olmadığı müəyyən edilib.

Operatorun çəkdiyi görüntülərdə avtomobilin dövlət nömrə nişanı da əks olunub.

Xuraman Etibarlı

İnterpress.az