“Vahid Rusiya”nın 10 namizədi Dövlət Dumasındakı mandatlarından imtina edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, “Vahid Rusiya” partiyasından seçilmiş Mariya Kostyuk, Vladimir Yakuşev, Denis Pasler, Radiy Xabirov, Vyaçeslav Fedorişşev, Rüstəm Minnixanov, Aleksandr Şuvayev, Aleksandr Xişşteyn, Vyaçeslav Vorobyov və Sergey Aksyonov Dövlət Dumasında deputat mandatlarından imtina ediblər.
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatlarına əsasən, bu şəxslər partiyanın federal siyahısı üzrə seçilmiş deputatlar arasında yer alıblar.
Mandatlardan imtina etdikdən sonra onların yerinə digər namizədlərin keçməsi nəzərdə tutulur.
Xuraman Etibarlı
İnterpress.az






