Sorğunun nəticələrinə görə, Rusiyada qadınlar münasibətlərdə kişinin maddi vəziyyətinə önəm verirlər
İnterpress.az xəbər verir ki, bu barədə sorğunun nəticələrinə görə məlumat yayılıb.
Sorğuya əsasən, qadınlar üçün partnyorun maliyyə vəziyyəti münasibətlərdə əsas meyarlardan biri olub.
Rəyi soruşulan rusiyalı qadınların yalnız 21 faizi avtomobili olmayan və gələcəkdə də avtomobil almayacaq kişi ilə görüşməyə hazır olduğunu bildirib.
Respondentlərin 72 faizi isə yanında premium avtomobilə sahib partnyor görmək istədiyini qeyd edib.
Sorğuda maliyyə vəziyyətinin bəzi qadınlar üçün eqoizm və xəyanət kimi amillərdən daha əhəmiyyətli olduğu bildirilib.
Xuraman Etibarlı
İnterpress.az






