Alimlər Kainatın rəngini kompüter kodu ilə təqdim ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə NASA-nın “Astronomy Picture of the Day xidməti” məlumat yayıb.
Alimlər Kainatdakı müxtəlif mənbələrin şüalanmasını orta hesabla birləşdirərək “kosmik spektr” əldə ediblər.
Daha sonra bu spektr insan gözünün görə biləcəyi rəngə çevrilib və nəticədə çox açıq bej çaları ortaya çıxıb. Bu rəng “kosmik latte” adlandırılıb.
Rəng kompüter palitrasında #FFF8E7 kodu ilə göstərilir.
Astronomlar bildirirlər ki, çalar ağa çox yaxın olduğundan onu dəqiq ayırd etmək çətindir və işıqlandırmadan asılı olaraq fərqli görünə bilər.
Xuraman Etibarlı
İnterpress.az






