Altayda qadın məzardan 96 qızılgül oğurladığı üçün şərti cəza alıb.
İnterpress.az xəbər verir ki, bu barədə “məlumat” məlumat yayıb.
Altay sakini anım günü məzardan 96 qızılgül götürərək onlarla fotosessiya etmək istəyib.
Gülləri mərhum həyat yoldaşı üçün bir neçə ay ərzində pul toplayaraq alan kişi hadisədən sonra polisə müraciət edib.
Məhkəmə qadını əhəmiyyətli ziyan vurmaqla oğurluqda təqsirli bilib. Ona 2 il şərti həbs və 3 il sınaq müddəti təyin olunub.
Xuraman Etibarlı
İnterpress.az






