Tramp Çinə silah satışı təklifini TƏKZİB ETDİbackend

Tramp Çinə silah satışı təklifini TƏKZİB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp Çinə silah satışı təklif etdiyi barədə səfirinin sözlərini təkzib edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp ölkənin Çindəki səfiri Devid Perdünün Si Cinpinə ABŞ silahlarının alınmasını təklif etdiyi barədə açıqlamasını təkzib edib.

Tramp daha sonra səfirin Tayvanı nəzərdə tutmuş ola biləcəyini bildirib.

Perdü daha əvvəl Fox News-a açıqlamasında Trampın digər ölkələrə silah satışından danışarkən Si Cinpindən ABŞ silahı almaq istəyib-istəmədiyini soruşduğunu deyib.

ABŞ Dövlət Departamenti isə bildirib ki, qanunvericilik Çinə silah satışını qadağan edir və Vaşinqtonun belə satışla bağlı heç bir təklifi və ya planı yoxdur.

Xuraman Etibarlı

İnterpress.az