İnterpress.az Report-a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü yerli sakin Qurbanov Kamran Fərhad oğlu naməlum şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb.
Xəstəxanaya aparılan K.Qurbanov cərrahiyyə əməliyyatı olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az