Füzulidə çobanın güllələdiyi 15 yaşlı oğlanın şok görüntüləri yayıldı — VİDEO – YENİLƏNİBbackend

Füzulidə çobanın güllələdiyi 15 yaşlı oğlanın şok görüntüləri yayıldı — VİDEO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın “Xəzər Xəbər”ə istinadən verdiyi məlumata görə, hadisə Füzuli rayonunun Böyük Bəhmənli kəndində baş verib.

Öldürülən T. Musayevin yaxınları bildirib ki, yeniyetmə fermaya gedərək çobana yemək aparıb. Bir aya yaxındır ki, fermada çoban işləyən Ə. Məmmədov qonşu kənddən gəlib. O, bundan əvvəl də başqa fermalarda çoban işləyib, normal insan olub. İnsidentin hansı şəraitdə baş verməsi haqda heç kimin məlumatı yoxdur.

Hadisənin törədildiyi odlu silah isə təsərrüfat sahibinə məxsus olub. Silah fermada qalırmış.

Əli Məmmədov hadisədən sonra qaçıb gizlənib.

Füzuli Rayon Polis Şöbəsindən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çoban saxlanılıb və istintaqa təhvil verilib. Hazırda dindirilməsi aparılır.

***
27.08.2018
11:47

Füzuli rayonunda qətl hadisəsi baş verib.

İnterpress.az-ın Report-a istinadən xəbərinə görə, rayonun Böyük Bəhmənli kəndində fermada çoban işləyən 19 yaşlı Əli Məmmədov 15 yaşlı Tumas Musayevə tüfəngdən atəş açaraq onu öldürüb.

Hadisənin səbəbi araşdırılır.

İnterpress.az