Toyda kütləvi dava – Xəsarət alanlar varbackend

Toyda kütləvi dava – Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Report-a istinadən xəbər verir ki, rayon ərazisində keçirilən toy mərasimlərinin birində qonaq olan Daşkəsən rayon sakinləri, 1978-ci il təvəllüdlü Zülfəli Qələndər oğlu Məmmədov, onun qardaşı, 1976-cı il təvəllüdlü Fazil Qələndər oğlu Məmmədov və 33 yaşlı daha bir şəxs kütləvi dava zamanı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlardan Z.Məmmədovun vəziyyətinin orta-ağır, digər iki şəxsin isə qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

İnterpress.az