İnterpress.az xəbər verir ki, bununla bağlı “Reuters” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ sanksiyaları səbəbindən “çox sayda insan islam respublikasının gələcəyinə ümidini itirib”.
“Tehran Ağ Evin anti-İran sanksiyalarına qalib gələcək və problemləri həll edəcək”, – o deyib.
Ruhani hesab edir ki, 2017-ci ilin dekabrı və 2018-ci ilin yanvarında İranda baş verən etirazlar ABŞ prezidenti Donald Trampı nüvə sazişindən çıxmağa ruhlandırdı.
İran prezidentinin fikrincə, etiraz aksiyalarından sonra Tramp bəyan edib ki, əgər Avropa İranın raket proqramına qadağalarla bağlı onu dəstəkləməsə, nüvə sazişindən çıxacaq.
İnterpress.az