ATEV-in icraçı direktoru KKTC-nin Azərbaycan təmsilçisi ilə görüşüb – FOTObackend

ATEV-in icraçı direktoru KKTC-nin Azərbaycan təmsilçisi ilə görüşüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Türkiyə Evinin (ATEV) icraçı direktoru Toğrul Allahverdili Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer görüşüb.

İnterpress.az xəbər verir ki, görüşdə Kipr Azərbaycan Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu da iştirak edib.

Görüş zamanı U.Tunganerin Azərbaycan və Şimali Kipr Türk Respublikasının mədəni əlaqələrində böyük xidmətləri olduğu vurğulanıb. Buna görə də, U.Tunganer Azərbaycan Türkiyə Evi və Azərbaycan Diasporu İnformasiya Mərkəzinin təsis etdiyi \”Onur\” mükafatı ilə təltif olunub.

Görüşdə Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrin fəaliyyəti müzakirə olunub. Eyni zamanda, gələcəkdə də ATEV ilə birlikdə əməkdaşlıq fəaliyyətlərinin genişlənməsindən də söz açılıb.

ATEV-in icraçı direktoru KKTC-nin Azərbaycan təmsilçisi ilə görüşüb - FOTO

Görüş zamanı çıxış edən Toğrul Allahverdili ATEV sədri Tənzilə Rüstəmxanlının salamlarını U.Tunganerə çatdırıb. Ufuk Turganer də öz növbəsində diqqətə görə ATEV sədri Tənzilə Rüstəmxanlı başda olmaqla ATEV və ADİM-ə təşəkkürünü bildirib.

O bildirib ki, ATEV sədri T.Rüstəmxanlı hər zaman Şimali Kipr Türk Respublikasının yanında olub:

ATEV-in icraçı direktoru KKTC-nin Azərbaycan təmsilçisi ilə görüşüb - FOTO

\”Biz hər zaman T.Rüstəmxanlının yanımızda olmasından qürur duymuşuq. Yaxın vaxtlarda ATEV ilə birlikdə yeni layihələr həyata keçirməkdən məmnun olacağıq. Bizim bundan sonra da əlaqələrimiz genişlənəcək və birgə əməkdaşlıq fəaliyyətimiz daha da inkişaf edəcək\”.

U.Tunganer Şimali Kiprdə fəaliyyət göstərən yeganə Azərbaycan diaspor təşkilatı olan Şimali Kipr Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətni yüksək qiymətləndirərək Orxan Həsənoğluya da öz təşəkkürünü bildirib.

ATEV-in icraçı direktoru KKTC-nin Azərbaycan təmsilçisi ilə görüşüb - FOTO

İnterpress.az