Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQbackend

Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumatına əsasən Azərbaycanın rayonlarında mayın 19-u gündüz şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.