Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan inzibati məzuniyyətə buraxılıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası mənbələrə istinadən məlumat yayıb.
Baş nazir Netanyahu və Qalant üçün mübahisəli həbs orderlərinin verilməsindən sonra və cinsi cinayətlər iddiaları fonunda Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan inzibati məzuniyyətə göndərilib.
Xuraman Etibarlı
İnterpress.az