Aİ Rusiyaya qarşı tarixində ən böyük 4 sanksiya rejimini HAZIRLAYIRbackend

Aİ Rusiyaya qarşı tarixində ən böyük 4 sanksiya rejimini HAZIRLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ Rusiyaya qarşı dörd sanksiya rejiminin eyni vaxtda ən böyük tətbiqini hazırlayır.

İnterpress.az xəbər verir ki, bu barədə mayın 20-də Aİ Xarici Əlaqələr Şurasının iclasında məlumat veriləcəyi bildirilir.

Sanksiyalar Ukraynadakı müharibəyə, insan hüquqlarının pozulmasına, hibrid müharibəyə və kimyəvi silahdan istifadəyə görə tətbiq edilir.

Qeyd olunur ki, 130-dan çox yeni məhdudiyyət təsdiqlənəcək: Rusiya hərbi-sənaye kompleksinə, “kölgə donanmasına”, üçüncü ölkələrdən sanksiyaya məruz qalan malların tədarükçülərinə və təbliğat distribyutorlarına qarşı.

17-ci sanksiya paketinə 75 yeni şəxs və 200 gəmi daxil olacaq. Aİ-nin sanksiyalarına məruz qalanların ümumi sayı 2500-ü keçəcək.

Hibrid hərəkətlərə görə – 27 rusiyalıya və şirkətə qarşı sanksiyalar.

İnsan hüquqlarının pozulmasına görə daha 28 fiqurant var.

Kimyəvi silahdan istifadəyə görə – etirazları dağıtmaq üçün maddələrin müharibə vasitəsi kimi istifadəsinə qarşı tədbirlər.

Xuraman Etibarlı

İnterpress.az