Dünyada İLK: Ölümcül xəstə olan körpə DNT-nin “redaktəsi” ilə XİLAS EDİLDİbackend

Dünyada İLK: Ölümcül xəstə olan körpə DNT-nin “redaktəsi” ilə XİLAS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada ilk dəfə ölümcül xəstə olan körpə DNT-nin “redaktəsi” ilə xilas edilib.

İnterpress.az xəbər verir ki, müalicənin nəticələri “The New England Journal of Medicine” jurnalında dərc olunub. Metod, patologiyanın səbəbini aradan qaldıraraq, mutasiyanı dəqiq düzəltməyə imkan verir.

Həkimlər və elm adamlarından ibarət bir qrup körpədə nadir rast gəlinən genetik pozğunluğu müalicə etmək üçün ilk dəfə fərdiləşdirilmiş gen redaktəsindən istifadə edib.

Bu inqilabi üsul insan DNT-sində dəqiq dəyişikliklər etməyə imkan verən CRISPR texnologiyasına əsaslanır.

Xəstə, orqanizmin ammiakı lazımi şəkildə emal edə bilmədiyi çox nadir hal olan CPS1 fermentinin çatışmazlığı ilə doğulan Key Cey adlı körpə idi.

Bu patoloji ciddi beyin zədələnməsinə, inkişaf gecikməsinə və hətta qaraciyər transplantasiyası ehtiyacına səbəb olur.

Statistikaya görə, bu diaqnozu olan uşaqların təxminən 50% -i həyatın ilk həftəsində ölür.

Xuraman Etibarlı

İnterpress.az