Ukrayna müharibəni bitirmək üçün bütün real addımları atmağa hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Zelenski Putini nümayəndə heyətinə real səlahiyyətlər verməyə çağırıb.
“Gün ərzində İstanbulda baş verənlər və Rusiya nümayəndə heyətinin qətllərin dayandırılması və müharibənin sona çatması üçün real addımlar atması şansının olub-olmaması barədə hamını məlumatlandıracağam”, – o deyib.
Xuraman Etibarlı
İnterpress.az