Ermənistanın baş naziri postuna Edmon Marukyanın namizədliyi irəli sürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, “Mülki müqavilə”nin sıralarını tərk edən deputatlar Akop Aslanyan və Ovik Ağazaryan Ermənistanın baş naziri postuna Edmon Marukyanın namizədliyini irəli sürüblər.
Onlar bu namizədliyi baş nazir Nikol Paşinyana qarşı impiçment təşəbbüsünün tərkib hissəsi kimi təqdim ediblər.
Marukyan keçmiş xüsusi tapşırıqlar üzrə səfir, keçmiş parlament deputatı və “İşıqlı Ermənistan” partiyasının sədridir.
Xuraman Etibarlı
İnterpress.az