Avropa Şurasının baş katibi Bakı və İrəvanla sülh müqaviləsi üzrə danışıqlar aparmaq niyyətindədir.
İnterpress.az xəbər verir ki, bu barədə Avropa Şurasının baş katibi Alen Berse “Avropa Siyasi İttifaqı”nın 6-cı sammiti başlamazdan əvvəl jurnalistlərə bildirib.
“Ermənistan və Azərbaycan arasında sülh danışıqları çox vacibdir. Gələn ay mən həm Ermənistan, həm də Azərbaycanla danışıqlar aparacağam.
Biz regionda sabitlik üçün mümkün olan ən yaxşı qərarları qəbul etmək üçün birlikdə işləməliyik”, – Berse deyib.