Belçika nəhayət atom elektrik stansiyalarını bağlamaq planından imtina edib.
İnterpress.az xəbər verir ki, Belçika parlamenti atom elektrik stansiyalarının mərhələli şəkildə bağlanması ilə bağlı əvvəlki qərarından imtinaya səs verib.
Reaktorların istismar müddətinin saxlanılması və uzadılmasının lehinə 102 deputat səs verib, yalnız 8 deputat əleyhinə, 31 deputat isə bitərəf qalıb.
Hazırda ölkədə iki atom elektrik stansiyası fəaliyyət göstərir – Antverpen yaxınlığındakı Doule və Tianqda, ümumilikdə yeddi reaktor işləyir.
2003-cü ildə qəbul edilmiş qanuna əsasən, onların hamısının 2025-ci ildə bağlanması planlaşdırılırdı. Lakin Ukraynada müharibə başlayandan sonra hökumət nüvə enerjisindən çıxışı ən azı 2035-ci ilə qədər təxirə salıb.
Belçikanın Baş naziri Bart de Vever və onun sağçı Nieuw-Vlaamse Alliantie partiyası indi daha da irəli gedib. Onlar təkcə mövcud reaktorları saxlamaq deyil, yenilərini tikmək niyyətindədirlər.
Almaniyada sözügedən reaktorlar 1970-1980-ci illərdə tikildiyi və keçmişdə texniki nasazlıqların olduğu aşkarlandığı üçün Belçikanın qərarı narahatlıq doğurub.
Almaniyanın Tianqdan cəmi 60 kilometr aralıda yerləşən Axen şəhərinin hakimiyyət orqanları Belçikanın atom elektrik stansiyalarının bağlanmasını müdafiə etməkdə xüsusilə fəaldırlar.
Xuraman Etibarlı
İnterpress.az