Çarəsiz ana oğlunu dualar və türkəçarə ilə müalicə edib. Nəticədə onun 135 kiloqram çəkisi olan 16 yaşlı oğlu Moskva xəstəxanalarından birində reanimasiyaya aparılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, Dima aprelin 30-da Morozov adına xəstəxanaya yerləşdirilib. Ona çoxsaylı orqan disfunksiyası sindromu, ağır piylənmə, kardiomiopatiya, anemiya və tənəffüs çatışmazlığı diaqnozu qoyulub.
Həkimlər yeniyetmənin əvvəllər həkimlərin qəbuluna düşmədiyini öyrənib və bu barədə polisə məlumat veriblər.
Dimanın anası polisə bildirib ki, o, heç vaxt həkimə müraciət etməyib. Onu xalq təbabəti ilə müalicə edib və Allaha dua edib ki, onunla hər şey yaxşı olsun.
Onun sözlərinə görə, oğlu əvvəllər heç vaxt səhhətindən şikayət etməyib. Yalnız aprelin 30-da özünü pis hiss etdiyini deyib və anası dərhal təcili yardım çağırıb.
Dima özü heç bir yerdə oxumur və işləmir, 9-cu sinifdən sonra məktəbi tərk edib. Ailəsi çətin vəziyyətdədir. İki il əvvəl onlar pul çatışmazlığından aclıq çəkirdilər.
Yeniyetmə doğulmazdan əvvəl Dimanın anası hamilə ikən həyat yoldaşı və doğulmamış övladının öldüyü avtomobil qəzasında olub. O, oğlunu “Allahın hədiyyəsi” hesab edir.
Xuraman Etibarlı
İnterpress.az