Türkiyənin dövlət telekanalı olan Televiziya və Radio Qurumu (TRT) Amerika istehsalı olan kovboy filmlərinin yayımına qadağa qoyub. xəbər İnterpress.az verir ki, TRT, 1980-cı ildən bəri yayımladığı kovboy filmlərini efirdən yığışdırıb. Onların yerinə yerli istehsal olan filmlər nümayiş etdiriləcək.
TRT-nin verdiyi bu qərara ABŞ-ın Türkiyəyə qarşı yeritdiyi düşmənçilik siyasəti və birbaşa olaraq Türkiyə iqtisadiyyatını hədəf almasının təsir etdiyi iddia olunur.
Qeyd edək ki, TRT hər bazar günləri kovboy filmləri nümayiş etdirirdi. (Sputnik Az)
İnterpress.az