Toy karvanında gedən mikroavtobus ağır qəza törətdi – Azərbaycanda faciəbackend

Toy karvanında gedən mikroavtobus ağır qəza törətdi – Azərbaycanda faciə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəy rayonunda 14 nəfərin yaralanması və 1 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

İnterpess.az report-a itsinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunda qeydə alınıb.

Belə ki, qəzaya uğrayan mikroavtobusun sürücüsü hadisə yerində ölüb. Qəza rayonun \”Yasamal aşırımı\” adlanan ərazisində baş verib.

Hadisə nəticəsində 14 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobus toy karvanında hərəkət edirmiş.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az