Azərbaycanın daha bir şirkətinin spirtli içki məhsullarının Ukrayna bazarında satışına başlanılıb.
Ukraynada fəaliyyət göstərən “Tovuz-Vino” şirkətinin rəhbəri Elimxan Mahmudov bildirib ki, artıq “Az-Granata” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus 10-a yaxın şərab və spirtli içki məhsulları Ukraynanın iri ticarət obyektlərində satışa çıxarılıb. Yaxın vaxtlarda Azərbaycan şərabları “Ağdam”, “Qarabağ” brendi ilə də Ukrayna bazarında satılacaq.
Hazırda Tovuz Şərab Zavoduna məxsus 40-a yaxın çeşiddə spirtli içki məhsulları Ukrayna bazarında satışa çıxarılır. Azərbaycan məhsulları “AŞAN”, “NOVOS” “MEQA” və digər hiper marketlərdə xüsusi stendlərdə satılır.(AZƏRTAC)
İnterpress.az