Kütləvi dava — Azərbaycanlılar və ermənilər saxlanıldıbackend

Kütləvi dava — Azərbaycanlılar və ermənilər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, silahlı insidentin iştirakçıları müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. İnsidentə görə saxlanılardan 8-i azərbaycanlı, 7-i erməni, 2-i çeçen və bir nəfər də Gürcüstan vətəndaşıdır.

Münaqişəyə səbəb “VAZ” və “Mersedes” markalı avtomobillərin toqquşması olub. Sürücülər maşından enərək dalaşıblar. Onlardan biri tapança, digəri isə əl qumbarası çıxarıb. Sürücülərin davasına sərnişinlər də qoşulub.
İnsident sürücülərdən birinin dostunun işlədiyi ofisin yaxınlığında baş verib. Bu səbəbdən qısa müddət ərzində kütləvi dava qızışıb.
Dava nəticəsində 25 yaşlı çeçen kəllə-beyin zədəsi alıb. Digər iki nəfərin də vəziyyəti ağırdır.

İnterpress.az