Azərbaycanda birinci sinif şagirdləri üçün yay tətilində oxumağa verilən nağıl kitabı qalmaqala səbəb olub.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, \”Azərbaycan nağılları\” adlı olduğu deyilən kitabda nağılların birində şüuraltı olaraq intim əlaqədən söz açılır.
Belə ki, \”Göy mıncıx\” adlı nağılda kobud orfoqrafik səhvlərə yol verilməsi ilə yanaşı nağılın birinci sinif şagirdləri üçün nəzərdə tutulması ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Nağılda göy mıncığı udan qızın hamilə qalmasından və onun qardaşları tərəfindən öldürüləcəyindən söhbət açılır. Namus üstündə baş verən məişət hadisəsinin birinci sinif uşaqlarına təqdim olunması isə ictimaiyyətdə böyük marağa səbəb olub.
İnterpress.az sözügedən nağıldan bir parçanı təqdim edir:
Qeyd: Sözügedən nağılın tam versiyasını bu linkdən oxuya bilərsiniz: http://www.nagillar.az/article/a-6.html
Səid Qərib
İnterpress.az