Lütfi Zadənin qəbirüstü abidəsi qoyuldubackend

Lütfi Zadənin qəbirüstü abidəsi qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Qafqazinfo”ya istinadən məlumat verir ki, abidənin hazırlanması heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarova həvalə olunmuşdu. O, abidənin üzərində 6 aya yaxın işlədiyini bildirib.

Qəbrin üzərində ucaldılan heykəlin hazırlanmasında tuncdan, bürüncdən və qranitdən istifadə edilib.

Xatırladaq ki, 2017-ci ilin sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edən Lütfi Zadə Azərbaycanda dəfn edilməsini vəsiyyət etmişdi.

Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək, 1-ci Fəxri Xiyabanda dəfn edilib.

Lütfi Zadənin qəbirüstü abidəsi qoyuldu

İnterpress.az