Bakıda binada yanğın başlayıb – VİDEObackend

Bakıda binada yanğın başlayıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, hadisə rayonu, Sübhi Salayev küçəsində qeydə alınıb.

Belə ki, söküntü ərazisində başlayan yanğın yaşayış binasına keçib, nəticədə binanın dam örtüyü və 3 mənzil yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri alovun qarşısının alınması üçün tədbir görürlər.

Sakinlər qeyd edib ki, ərazidə tikinti işlərini iş adamı İbrahim İbrahimov (Hacı İbrahim) aparır.

İnterpress.az