Bir neçə gün bundan öncə sosial şəbəkədə içki içən uşaqların müzakirə mövzusuna çevrilən görüntülərindən sonra yeni görüntüləri yayılıb.
İnterpress.az xəbər verir ki, azyaşlı uşaqların yayılan yeni görüntülərində onların bu dəfə tütün məmulatlarından istifadə etmələri öz əksini tapıb.
Videoda əks olunan görüntülərdə uşaqların siqaret çəkmələrindən bəhs olunur. Belə ki, görüntülərdən də aydın olur ki, video orta yaşlı bir kişi tərəfindən lentə alınıb.
Qeyd edək ki, bir neçə gün bundan öncə azyaşlı uşaqların spirtli içki qəbul edərkən görüntüləri yayılmışdı. Görüntülərdə spirtli içki içən uşaqlar özlərini kriminal-avtoritetlərə bənzədir və məhkumluq həyatı yaşayan \”vorzakonlar\”ın sağlığına içki qəbul edirdilər.
İnterpress.az