Əməkdar artist Babək Niftəliyev sosial şəbəkələrdə ifaları ilə hər kəsi heyran qoyan fəhləni təmənnasız himayəsinə götürüb.
İnterpress.az xəbər verir ki, xanəndə bu barədə qonağı olduğu \”5/5\”də məlumat verib.
O bildirib ki, bir müddən öncə Elməddin adlı şəxs ona yaxınlaşaraq muğam ifaçısı olduğunu bildirib. Fəhlə işlədiyini bildirən Elməddin əməkdar artistdən onun səsini dinləməsini xahiş edib. B.Niftəliyev isə onun səsini dinlədikdən sonra onu təmənnasız olaraq musiqiçiliyə hazırlaşdırdığını qeyd edib.
İnterpress.az fəhləliklə məşğul olan Elməddinin ifasını və əməkdar artistin Elməddinlə bağlı çıxışını təqdim edir: