Paşinyan Putinlə Azərbaycanın KTMT-yə daxil olmasını müzakirə edəcəkbackend

Paşinyan Putinlə Azərbaycanın KTMT-yə daxil olmasını müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “168 jam” erməni nəşrinin məlumatına görə, görüşün əsas mövzularından biri Azərbaycanın KTMT-yə daxil olması olacaq.

“Həmin mənbələrin məlumatına əsasən, Nikol Paşinyanı kifayət qədər sərt gündəlik gözləyir – Robert Köçəryan barəsində cinayət işi, Ermənistan hökumətinin müxtəlif nümayəndələri tərəfindən KTMT-nin gözdən salınması və s.

Lakin ən nəzərə çarpan odur ki, Azərbaycanın KTMT-yə hələlik müşahidəçi qismində daxil olması ilə bağlı söhbət olacaq”, – qəzet yazır.

Xatırladaq ki, daha öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi və tərəfdaş statuslu nümayəndəlik institutu yaradılıb.
Eyni zamanda, ekspertlər arasında Azərbaycanın KTMT-yə müşahidəçi qismində, yaxud tam hüquqlu üzv kimi daxil olması məsələsi aktuallaşıb. (virtualaz.org)

İnterpress.az