4053 nəfər müəllim adını qazanaraq işə qəbul olubbackend

4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlikdən İnterpress.az -a verilən məlumata görə, bu ilin iyul-avqust aylarında keçirilən müsabiqədə 46839 namizəd iştirak edib, 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub.

Müsabiqədən uğurla keçən şəxslər 5 sentyabr 2018-cı il tarixinədək müvafiq yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Namizədlər müəllimlərin işə qəbulu müsabiqəsi ilə əlaqədar apellyasiya müraciətlərini sentyabrın 3-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin elektron poçt ünvanına – [email protected] göndərə bilərlər. Sözügedən müraciətlərə sentyabrın 6-da İnsan Resursları Mərkəzində müvafiq apellyasiya komissiyası tərəfindən baxılacaq.

Sentyabr ayının birinci yarısında isə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesi həyata keçiriləcək.

İnterpress.az