Cəlilabadda ana və qızını qətlə yetirən şəxs tutuldu – DİN məlumat yaydıbackend

Cəlilabadda ana və qızını qətlə yetirən şəxs tutuldu – DİN məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 30-da Cəlilabad rayon sakini Firuzə Əsgərovanın Ocaqlı kəndindəki evində onun və qızı Sənubərin üzərində zorakılıq əlamətləri olan meyitləri tapılıb.

DİN-dən İnterpress.az -a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Yaşar Bayramov tutulub.

İnterpress.az