Baş nazir qərar imzaladıbackend

Baş nazir qərar imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.

Kollegiyanın üzvləri:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinləri;

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri;

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin \”Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru.

İnterpress.az