Bu gün Bakının Sabunçu rayonunda içməli suyun verilməsində məhdudiyyət olacaq. Bu barədə İnterpress.az -a \”Azərsu\” ASC-dən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri Sabunçu rayonu ərazisində yeni çəkilmiş magistral su xətləri şəbəkəyə qoşulur. Bununla əlaqədar 4 sentyabr 2018-ci il tarixində gün ərzində Buzovna qəsəbəsi və Albalılıq yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
İnterpress.az