Trampın vəkillləri Müllerin prezidentdən məktub şəklində yazılı ifadə almaq istədiyini bildiriblər.
Onların sözlərinə görə xüsusi prokuror bu barədə məktubla onlara müraciət edib.
Məktubda Müller Trampdan istintaqın gedişinə maneələr törətmək barədə ifadə verməsini isə istəməyib.
Xatırladaq ki, xüsusi prokuror Robert Müller apardığı istintaqla əlaqədar son rəy barədə hesabat hazırlayır.
Qeyd edək ki, bundan əvvəl Trampın vəkillərinin prokurorun hesabatına qarşı əks hesabat hazırladıqları bildirilib. (modern.az)
İnterpress.az