Türkiyədə bərbər tanış olduğu evli qadına təcavüzə etdikdən sonra qaçıb.
İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Konya şəhərində baş verib. Belə ki, bir uşaq anası 22 yaşlı H.K-nı aldadaraq şəxsi motosikleti ilə dağlıq əraziyə aparıb amansızcasına təcavüz edən 25 yaşlı bərbər R.S.Ç. qadını kimsəsiz ərazidə tək buraxaraq hadisə yerini tərk edib.
Avqustun 1-də baş verən iyrənc olayın bəzi təfərrüatları məlum olub.
Belə ki, sözügedən gənc oğlan 5 ildir ki, tanış olduğu H.K ilə dost münasibətində olub. Ailə məişət problemi yaşayan qadın öz problemlərini bölüşmək üçün mütəmadi olaraq R.S.Ç ilə görüşüb.
Nəhayət avqustun 1-də R.S.Ç dost olduğu qadınla birlikdə motosikletlə şəhəri gəzmək adı ilə onu şəhərin kənarındakı dağlıq əraziyə aparıb. Əraziyə çatan kimi oğlan gənc qadına fiziki güc tətbiq edərək təcavüz edib.
Daha sonra qadını dağlıq ərazidə tək buaraxaraq hadisə yerini tərk edib.
Çətinliklə dağlıq ərazidən uzaqlaşaraq evinə qayıdan qadın hadisəni üç gün gizlətməli olsa da, sonradan ailə üzvlərinə danışmalı olub. Məsələ ilə bağlı polisə şikayət edildikdən sonra hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən R.S.Ç saxlanılıb.
İnterpress.az