Teatrın direktor müavini, əməkdar mədəniyyət işçisi Elxan Ocaqov vəzifəsindən uzaqlaşdırılıb. Buna səbəb onun teatrın direktoru Əliqismət Lalayevlə yola gedə bilməməsi göstərlib.
İnterpress.az bildirir ki, Elxan Ocaqov AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib:
“Ərizə yazdım, işdən çıxmaq istədiyimi bildirdim. Teatr haqqında düşüncələrim tamam fərqlidir. İdeyalarım var. Maaş almaq xatirinə işləyən insanlardan deyiləm. Məncə ən yaxşısı budur, qalan ömrümü sakit keçirmək istəyirəm”.
İnterpress.az